Otel kassası, istirahət bölgələrində və şəhər mərkəzlərində yerləşən otel, hotel və motellərdə qonaqların qiymətli əşyalarını saxlaması üçün əlavə təhlükəsizlik tədbiri olaraq istifadə edilir. İstər-istəməz bir çox bölgədə oğurluq hadisələrinin qarşısını almaq məqsədi ilə düşünülən bir tədbir hesab olunur. Əksər hallarda səlahiyyətsiz şəxslərin otaqlara daxil olmasına qarşı da effektiv bir həll yolu kimi istifadə olunur. Kassalar otaqlarda dolabların içərisində qonaqların istifadəsi üçün hazır vəziyyətdə saxlanılır. Xüsusi təhlükəsizlik siqnalları sayəsində səlahiyyətsiz şəxslərin açmağa cəhd etməsinin qarşısı alınır.
Səhv Şifrədə Avtomatik Kilidlənərək Girişi Etibarsız Edir
Bu tip kassaların şifrələri otel resepsiyası tərəfindən otel müştərilərinə verilir. Tamamilə şəxsi olan şifrələrin başqa biri tərəfindən istifadə edilməsi mümkün deyil. Daxil edilən PIN kodu və şifrə davamlı olaraq sınanarsa, otel tipli kasa özünü kilidləyərək təhlükəsizliyi təmin edir. Rəqəmsal olaraq təyin edilmiş şifrə ilə işləyən kassalarda otel müştəriləri pullarını, kredit kartlarını və ya çek, sened kimi qiymətli sənədlərini saxlaya bilərlər. Daim istifadə olunması tələb olunmayan qiymətli zinət əşyalarının, mobil telefonların və digər şəxsi əşyaların təhlükəsiz şəkildə saxlanılmasını təmin edir.